Çex model Zaneta Hucikova uçduğu təyyarədə aləmi bir-birinə qatıb. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, pişiyini gizlicə əl çantasında təyyarəyə keçirən model stüardessaların bunu görməsindən sonra mübahisə salıb. Stüardessalar pişiyi ayaqyoluna qoymaq istəyərkən isə Zaneta onlarla davaya başlayıb. O hətta təyyarəni qəzaya düşürəcəyi ilə bağlı təhdidlər edib.
Çex modelin “hünəri” bununla da bitməyib. O, pilot kabinindəki səlahiyyətli qadına yumruq belə atıb. Davanın miqyası böyüdüyündən təyyarə yaxınlıqdakı hava limanına enməli olub.
Zaneta polis tərəfindən saxlanılıb və ifadəsi alınıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.