banner
banner

Sağlamlıq

Ekzemanın səbəbləri və müalicəsi

Ekzemanın səbəbləri və müalicəsi

Ekzema - xroniki residivləşən dəri xəstəliyidir. Bu kifayət qədər yayılmış xəstəlikdir.

Statistikaya görə, dəri xəstəliklərinin 30-40%-i ekzema təşkil edir. Xəstəlik bütün yaş qruplarında inkişaf edir. Bir çox hallarda ilk dəfə ekzema insanda uşaq yaşlarında inkişaf edir.

Ekzemanın həqiqi əmələ gəlmə səbəbləri tibdə hələ ki məlum deyil. Lakin bəzi amillər bu xəstəliyin inkişafına təkan verə bilər.

Bu amillərin arasında:

- irsiyyət. İnsanın yaxın qohumları (ana, ata, nənə, baba və s.) arasında bu xəstəlikdən əziyyət çəkənlər varsa, bu insanda ekzemanın inkişafı riski artmış olur.

- psixiki travmalar. Ağır streslər, psixiki travmalar insanda müxtəlif xəstəliklərin, o cümlədən, dəri xəstəliklərin inkişafına təkan verir.

- şəkərli diabet. Şəkərli diabet zamanı kiçik kapilyarlar zədələnir, dərinin qanla təchiz olunması pozulur ki, nəticədə ekzema inkişaf edə bilər.

- qalxanvari vəzi xəstəlikləri (hipertireoz)

- həzm sistemi xəstəlikləri (disbakterioz, qastrit, kolit, qara ciyər və öd kisəsi xəstəlikləri və s.)

- varikoz xəstəliyi. Varikoz zamanı ayaqlarda qan dövranı pisləşir ki, nəticədə ayaqlar dərisində tez-tez ekzema əmələ gəlir.

- allergiyalar (qidaya, bitki tozcuqlarına, heyvan tükünə və s.)

- bəzi kimyəvi maddələrlə (xrom, nikel, boyaq maddələri, yuyucu vasitələr və s.) uzun müddət ərzində təmasda olmaq.

- mikroblar, göbələklər. Əgər insanın dərisində uzun müddət ərzində iltihab prosesi  varsa, bu prosesin fonunda dəridə ekzema inkişaf edə bilər.

Xəstəliyin simptomları xəstəliyin növündən və mərhələsindən asılı olaraq fərqlənir, lakin ümumiyyətlə bu simptomlar oxşardır. Simptomlar arasında:

- dərinin bir hissəsində qızartı əmələ gəlir, dəri bu yerdə qalınlaşır,

- iltihablaşmış yerdə səpgilər əmələ gəlir (səpgilər ekzemanın növündən asılı olaraq müxtəlif şəkildə ola bilər),

- qaşınma əmələ gəlir. Qaşınma o dərəcədə güclü olur ki, insanın normal yuxusu və normal həyat ritmi pozulur.

- səpgilərin qabarcıqları deşilir və yerində kiçik ağrılı yaralar, çatlar əmələ gəlir.

- dərinin üzərində pulcuqlar əmələ gəlir.

- iltihab azaldıqda zədələnmiş yerdə dəri quru, nahamar olur, çatlayır.

Əksər hallarda ekzema üzdə, əllərdə və ayaq pəncələrində əmələ gəlir, lakin iltihab digər yerlərdə də inkişaf edə bilər. Nadir hallarda olsa da ekzema insanın bütün dərisinə yayıla bilər - bu çox təhlükəli ağırlaşmadır.

Xəstəliyin diaqnostikası və müalicəsi ilə dermatoloq məşğul olur. Müalicə zamanı allergiya və iltihabəleyhinə preparatlar, xüsusi məlhəmlər və antiseptik məhlullar, fizioterapiya istifadə  olunur. Xəstəliyin daha ağır formalarında xəstəyə hormonlar təyin olunur.

Həmçinin xəstə öz həyat tərzində də müəyyən dəyişikliklər etməlidir - yaxşı qidalanmalı, allergiyaya səbəb olan maddələrlə, kimyəvi maddələrlə təmasda olmamalı, kifayət qədər dincəlməli və yatmalıdır, streslərdən uzaq olmalıdır.

b_420_0_16777215_0___images_stories_DERISUMUKSAC_ekzema.jpeg

b_420_0_16777215_0___images_stories_DERISUMUKSAC_ekzema1.jpeg

b_420_0_16777215_0___images_stories_DERISUMUKSAC_ekzema2.jpeg

b_420_0_16777215_0___images_stories_DERISUMUKSAC_ekzema3.jpeg

b_420_0_16777215_0___images_stories_DERISUMUKSAC_ekzema4.jpeg

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.