Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib.
Cia.az xəbər verir ki, bu barədə AzVision.az-a Sumqayıt sakinləri məlumat verib. Bildirilib ki, şəhər ərazisində aparılan bütün tikinti işləri dayandırılıb. Sakinlərin dediyinə görə, bu barədə obyekt sahiblərinə icra hakimiyyətinin rəsmiləri tapşırıq verib.
“Yeni icra başçısı şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib. Xırda tikilidən tutmuş böyük tikililərə kimi bütün obyektlərdə iş dayandırılıb. Səbəbi hələlik açıqlanmır. Ancaq onu bildirdilər ki, Zakir Fərəcovun göstərişidir”.
Sakinlərin verdiyi məlumata görə, Zakir Fərəcov fəaliyyətə başladıqdan sonra ilk işi “Bayraq Meydanı”nın qarşısındakı yolun yenidən açılması olub.
Keçmiş icra başçısı Eldar Əzizovun zamanında bağlı olan yolun Zakir Fərəcov tərəfindən açılması şəhər sakinləri üçün gözlənilməz olub.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.