banner
banner

İdman

Ronaldo üçün 150 milyon avro təklif etdilər

Ronaldo üçün 150 milyon avro təklif etdilər

“Transfer pəncərəsi” bağlansa da, bu mövzuda söz-söhbətlər hələ də səngimək bilmir. Təbii ki, təxminən 3 aylıq dövr ərzində reallaşan və reallaşmayan keçidlər oldu. Hətta mətbuata sızmayan görüşlər də baş tutub yəqin ki.   

Mövsümlərarası dövrdə “bazar”ın ən aktiv alıcılarından olan PSJ “Real”ın ulduzu Kriştiano Ronaldoya da qarmaq atıbmış. Parislilər 30 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazır olublar. Şeyxlər bununla bağlı hətta “Real”a rəsmi təklif də göndəriblər. Ancaq “Kral klubu”nun rəhbərliyi bu təklifi qəbul etməyib.   İspaniya mətbuatına inansaq, Ronaldonun gələn yay Madridi tərk edəcəyi gözlənilir. Bu, “Real”ın mövsümü necə bitirəcəyindən də asılı ola bilər.   
 
Portuqaliyalı futbolçunun “Real”la müqaviləsi 2018-ci ilə qədər nəzərdə tutulub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.