banner
banner

Gündəm

Tale Bağırov qalmaqallı videodan danışdı

Tale Bağırov qalmaqallı videodan danışdı

Son günlər sosial şəbəkələrdə bu yaxınlarda ölkəmizdə səfərdə olmuş İranın tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin keçirdiyi görüşlər müzakirələrə səbəb olub. Cia.az xəbər verir ki, belə görüşlərin birində “Müsəlman Birliyi Hərəkatı” nın sədri, bu yaxınlarda həbsdən çıxmış Hacı Tale Bağırzadənin Ayətullah üzma Həmədaniyə Azərbaycan barədə şikayətlənməsi xüsusilə etirazlara səbəb olub. Belə ki, görüşlərin birində T. Bağırov din xadiminə onun Azərbaycana gəlişi ərəfəsində daha üç islamçının həbs olunması barədə narazılığını bildirir.

T. Bağırovun Azərbaycanın daxili işi ilə bağlı İranın din xadiminə şikayətlənməsi birmənalı qəbul edilmir.
“İranda insan hüquqları və demokratiya baxımından vəziyyət heç də ürəkaçan deyil. Əgər hər hansı Avropa ölkəsinin nümayəndəsinə həbslərlə bağlı şikayət olunsaydı, bu etirazımıza səbəb olmazdı” –deyə sosial şəbəkədə gedən müzakirələrdə istifadəçilər bu sözləri dilə gətirirlər.

“Qafqazinfo” sözügedən tənqidlərlə bağlı Hacı Tale Bağırzadənin fikirlərini öyrənib. O bildirib ki, İslam konsepsiyası olaraq haqqın müdafiəsi və zülmə qarşı mübarizəni öz əsas təməl prinsipi hesab edir: “Heç şübhəsiz ki, bu dinə inanclı olan şəxslərdə mövcud prinsiplər əsasında öz əqidə və həyat yaşamlarını tənzim etməlidirlər. Bir də, bir müsəlman olaraq bu təlimlərdən qaynaqlanan haqqın müdafiəsi və zülmə, zalıma, haqsızlığa qarşı etiraz etməyi özümüzə borc bilirik. Xüsusilə, vətənimiz Azərbaycanda mövcud hakimiyyətin xalqımıza, milli mənəvi dəyərlərimizə qarşı haqsızlığına göz yummamış, hətta həbsi belə göz önünə almışıq. Yəni, zülmü və zalımı daima ifşa etməyə səy göstərmişik. Məsələyə bu konteksdən yanaşdıqda bizim neqativ halları Ayətullahul-uzma Nuri Həmədaninin diqqətinə çatdırmağımız apardığımız mübarizənin tərkib hissəsidir. Əslində biz xarici bir dövlətin nümayəndəsinə deyil, əksinə, İslam dünyasının tanınmış təqlid müctehidi olan bir şəxsə müraciət edib müsəlmanların problemlərindən birini işıqlandırmışıq”.
T. Bağırzadə əlavə edib ki, İslamda təqlid müctehidinin nüfuzu coğrafi sərhədlərlə məhdudlaşmır: “Onları hansısa bir dövlətə də mənsub etmək doğru deyil. Deməli, kimlərsə bizim bu addımımızı düzgün dəyərləndirə bilmirsə, ya islamdan anlayışı yoxdur, ya da ki qərəzlidir. Bir daha bildirirəm ki,Təqlid müctehidlərinin İrana və yaxud hansısa bir dövlətə mənsubiyyəti yoxdur. Kimlərsə bu məsələni anlamırsa və ya anlamaq istəmirsə, günahı özündə axtarmalıdır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.