Müğənni Demet Akalın Mehmetçik Vəqfinə 50 min lirə (təxminən 17 min manat) vəsait bağışlayıb.
Əsgər qızı olduğunu və dövlətin maaşıyla böyüdüyünü deyən sənətçi ölkəsinin şəhid verdiyi məqamda hər kəsin vətənə birlikdə kömək etməli olduğunu bildirib: “Hamı öhdəsinə düşəni etməlidir. Bu qədər kədər yaşamaq olmaz. Mən əsgər qızı olmuşam. Atam yol qəzasında dünyasını dəyişib. Mən dövlətin bizə ödədiyi maaşla böyümüşəm. Bizə əmanət olan şəhid uşaqlarını düşünürəm. Verilişlərinin yayımını dayandırmayanlara səslənirəm: proqramınızın gəlirini Mehmetçik Vəqfinə bağışlayın. Bilmirəm neçə şəhid uşağının təhsil haqqını ödəyəcək, amma mən bu gün 50 min lirəmi bağışlayıram”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.