İki həftə əvvəl ana olan model-aktrisa həyat yoldaşı Nefisə Karataya xəyanət edən iş adamı Yusuf Day bununla bağlı ilk dəfə açıqlama verib. Dostu Erol Özmandıracı ilə yaxta gəzintisinə çıxıan Yusuf Türkiyənin adı bir çox qalmaqalda hallanan məşhur əkiz bacıları Esra-Ceyda Ərsoyla birlikdə görüntülənmişdi. “Seksual gözəllər”lə yaxtada səmimi fotoları çəkilən Y.Day xanımına xəyanət etmədiyini, ona tələ qurulduğunu deyib:
“Bu fotolar tələdir. Esra ilə Ceydanı 10 ildir tanıyıram. Sahildə bizi görüb “Gələ bilərik?” deyə soruşdular. Biz də yaxtaya dəvət elədik. Təsadüfən qarşılaşdıq. Yaxtada 15 dəqiqə qaldılar. Sonra qayıtdılar. Bu qədər müddətdə fotolarımız necə çəkildi bilmədim. Mən axmağam ki, hamının gözü önündə - yaxtada kiminləsə eşq yaşayım? Hamısı onların tələsidir. Bizim aramızda heç nə ola bilməz. Mənim həyatımın qadını Nefisədir. Bu günədək bir çox insanla münasibət qurdum. Amma belə bir hadisənin üzündən həyat yoldaşımı tərk etmərəm. Bu tələni quranlardan isə intiqamımı alacağam”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.