banner
banner

Gündəm

Çingiz Abdullayev sənədləri yaydı - Fotolar

Çingiz Abdullayev sənədləri yaydı -

"Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev son günlər "Pen-klub Azərbaycan"la bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Cia.az AYB.az-a istinadən xəbər verir ki, Ç.Abdullayev "Pen klub Azərbaycan"ın varlığını təsdiq edən Ədliyyə Nazirliyinin Qeydiyyat Şəhadətnaməsinin və Vergilər Nazirliyi Asan Sertifikat Xidmətləri Mərkəzi Elektron İmza üçün sertifikatın fotolarını yayımlayıb.

O, fotolara yazdığı şərhdə klubun baş direktorunun Elmar Şeyxzadə olduğunu bildirib. Sertifikatda imza sahibinin Ç.Abdullayev olduğu bildirilir. Şəhadətnamə isə Beynəlxaq Pen Təşkilatı Azərbaycan Pen-klubunun fəaliyyəti üçün təqdim olunub.

Qeyd edək ki, bir neçə gün öncə Çingiz Abdullayev mətbuata açıqlamasında Pen klubun ondan Azərbaycan klublarının 3 illik beynəlxalq yarışlardan kənarlaşdırılması haqda sənədə qol çəkməyi tələb etdiklərini deyib.

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.