Müğənni Kənan Doğulu aktrisa həyat yoldaşı Beren Saata görə narahatdır. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb ötən gün HDP-ni dəstəklədiyi üçün ülkücülərin Beren əleyhinə “Ziyagil köşkü” qarşısında etiraz aksiyaları keçirmələridir. Daha əvvəl də müxtəlif qruplar tərəfindən şantaj olunan xanımının təhlükəsizliyindən narahat olan Kənan ona cangüdən tutacaq.
Bundan başqa, B.Saat üçün çəkiliş meydançalarında da təhlükəsizlik tədbirlərinin görüləcəyi bildirilir. Beren sosial şəbəkələrdə onu ölümlə təhdid edənlərin kimliyinin müəyyən edilməsi üçün polisə də müraciət edəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.