banner
banner

Gündəm

Kəbədəki faciənin qeyri-adi səbəbi: 107 ölü

Kəbədəki faciənin qeyri-adi səbəbi:
Kəbədə Ümrə ziyarəti zamanı qaldırıcı kranın aşması nəticəsində ölən ziyarətçilərin sayı 107 nəfərə qalxıb, 238 ziyarətçi isə yaralanıb.    
Müqəddəs torpaqlarda saat təxminən 17:00-dan başlayan fırtınanın ardınca dolu yağıb. Şiddətli yağış 30 dəqiqə davam edib. Küçələri su basıb.     
 
Kəbədə qaldırıcı kran aşıb və böyük dağıntı törədib.   Səudiyyə Ərəbistanı Mülki Müdafiə qurumundan verilən məlumata görə, Məkkədəki faciədə ən azı 107 nəfər ölüb, 238 nəfər yaralanıb.   
 
“Rossia Today" faciənin səbəbi barədə qeyri-adi foto paylaşıb. İddiaya görə, kranın aşmasının səbəbi ildırımdır.   Azərbaycan Xarici İşlər Nazirliyi xəsarət alanlar arasında azərbaycanlı zəvvarların olub-olmamasının araşdırıldığını bildirib. APA-nın məlumatına görə isə Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlara heç bir zərər görməyib; onlar Mədinədə mehmanxanalara yerləşdirilib.   
 
 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.