banner
banner

Şou

“Taksiyə minməkdənsə, ölsəm yaxşıdır” - Rəqsanə

“Taksiyə minməkdənsə, ölsəm yaxşıdır” -

Müğənni Rəqsanə İsmayılova Samir Bağırovla işbirliyindən söhbət açıb.

Cia.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında bildirib ki, həmkarı ondan yardım istəyib:

“Uşaq-muşaq səhnədə at oynadır, Samir Bağırov yoxdur. Samir məndən öncə sənətə gəlib. Məndən kömək istədi, mən də razılaşdım. Samiri məndən yaxşı başa düşən yoxdur. Mən də çətinlik görmüşəm, heç bir həmkarım mənimlə maraqlanmayıb. Biz sənət adamları şan-şöhrətə öyrəşmişik. Var-dövlətimiz azalanda, şan-şöhrəti itirəndə depressiyaya düşürük, yaşamaq istəmirik. Tanınmış simayıq, hamı bizi tanıyır. Sabah maşınım olmasa, taksi ilə getsəm, pis olaram. O zaman ölsəm, yaxşıdır. Taksi ilə getmək ayıb deyil, sadəcə biz bu həyata alışmışıq”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.