Təhsil sistemində mənfi mühiti formalaşdıran amillər mövcuddur. Bu amillərin ilk sırasında korrupsiya, rüşvət halları durur.
Bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən müəllimlərin “Sentyabr qurultayında” söyləyib.
Nazir deyib ki, son 3 ildə təhsil sahəsində bir çox uğurlara imza atılıb. 9-cu sinif şagirdləri arasında yaxşı nəticə göstərənlərin sayı 14 faiz artıb: “Təhsil Nazirliyi son 3 il ərzində kadr dəyişiklikləri, islahatlar həyata keçirib. Birinci sinfə qəbul elektronlaşdırılıb, direktorlar təyin edilib, gənc müəllimlər işə cəlb olunub”.
M.Cabbarov məktəb direktorlarını, təhsil işçilərini, nazirliyin şöbə və bölmə nümayəndələrini bu istiqəmətdə daha prinsipial olmağa çağırdı:“Ölkə şagirdlərinin biliyinin qiymətləndirilməsi yalnız icbari təhsil müddəti başa çatdıqdan sonra həyata keçirilir. IX sinif məzunları buraxılış imtahanı verirlər. Lakin 6-cı sinfi, yaxud ibtidai sinfi bitirən şagirdlər üçün eyni bilgi olsaydı metodikada olan boşluqları özümüz üçün aydınlaşdıra bilərdik. Valideynlər şagirdlərin icbari ( 9) təhsildən sonra keçirilən əlavə fənləri lazımsız hesab edirlər. Bu problemlərdən biridir. Orta məktəblərdə təmayülləşmənin təşkili və belə məktəblərin sayının artırılması problem həll edəcək. Təhsil Nazirliyi təmayüllü məktəblərin sayını artıracaq”.Nazir onu da əlavə etdi ki, bu il 500 baldan yuxarı nəticə göstərənlərin sayı 5 faizdən 6,7 faizədək artıb. Bu il 2233 yeni müəllim müsabiqə yolu ilə işə götürülüb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.