Aktrisa Məltəm Cümbulun teatr tamaşası üçün getdiyi Kiprdə vəziyyəti ağırlaşıb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatna görə, aktrisa 13-cü Kipr Teatr Festivalı çərçivəsində səhnəyə qoyulacaq "Göl kıyısı" tamaşasında iştirak edəcəkdi. Girnədə Səudiyə Ərəbistanı üzərindən gələn toz dumanı səbəbindən onun halı pisləşib. Xəstəxanaya çatdırılan M.Cumbulun astma xəstəliyi güclənib. İstanbula qaytarılan aktrisanın ardından tamaşada rol alacaq digər aktrisa Seren Şirince də eyni şikayətlə xəstəxanaya gedib. Lakin istəyi fayda verməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.