Aktrisa Ceren Hindistanın paylaşdığı foto yenə də müzakirəyə çıxarılıb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu dəfə körpəsi Arya Rimanın atası, iş adamı Ümit Aslanın göndərdiyi 3300 gülün fotosunu paylaşaraq yazıb: "Gözləmədiyim anda sürprizdən yaxşı heç nə yoxdur. 3300 gülüm oldu. Səni çox sevirəm". Qeyd edək ki, C.Hindistan övladını dünyaya gətirdikdən 20 gün sonra çəkdirdiyi foto ilə gündəmə gəlmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.