banner
banner

İdman

"Balotelli heç vaxt dünya səviyyəli oyunçu olmayacaq" – Cerard

"Balotelli heç vaxt dünya səviyyəli oyunçu olmayacaq" – Cerard

"Los Angeles Qalaksi" klubunun futbolçusu Stiven Cerard "Liverpul"dakı sabiq komanda yoldaşı Mario Balotelli haqda tənqidi fikirlər səsləndirib.

Cia.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, ingilis futbolçu Balotellinin heç vaxt dünya səviyyəli oyunçu olmayacağını bildirib:

"Şəxsən mənim Balotelli ilə problemim olmayıb. Əksinə hər zaman ona kömək etmişəm və tərifləməyə çalışmışam. Ancaq daha sonra Mourinyonun da dediyi kimi onun idarəedilməz olduğunu anladım. O, heç vaxt dünya səviyyəli futbolçu olmayacaq. Bəli, böyük istedadı var, ancaq lazımsız hərəkətlərə yol verir. Müntəzəm olaraq məşqə gecikir və diqqətləri özünə çəkir".

Qeyd edək ki, 2014-cü ildə "Milan"dan "Liverpul"a transfer olunan Balotelli keçirdiyi 16 oyunda cəmi 1 dəfə rəqib qapısına yol tapıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.