Bu gün yeni dərs ilinin başlanğıcı, “Bilik günü”dür. Övladlarını birinci sinfə yola salanlar arasında məşhur sənətçilər də var. Müğənni Röya, Rəqsanə İsmayılova, Elnarə xəlilova, Miri Yusif də sözügedən sənətçilər sırasındadır. Onlar sevinclərini sosial şəbəkədə bölüşüblər:
Elnarə Xəlilova: “Mənim ümidim, köməyim, oğlu. Arxam, dayağım, dirəyim, oğul. Düşmənim yoxdur Çəpərim Oğul. Noğulum, qəndim, şəkərim, oğul. Səni 1-ci sinfə getməyin münasibətilə ürəkdən təbrik edirəm! O gün olsun ki, ali məktəbə gedəsən”.
Röya da övladını birinci sinfə yola salan məşhurlardandır.
Miri Yusif: “Oğlum Mir Hüseyn birinci sinfə getdi”.
Rəqsanə İsmayılova: “ Mənim gözəl Yağmurum birinci sinfə gedir. Bütün balaları təbrik edirəm, uğurlar arzulayıram. Uşaqlığım yadıma düşdü. Yağmur, Allah səni bütün arzularına çatdırsın. Ilk bilik gününü mübarək”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.