"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola sabiq oyunçusu Lionel Messinin "Barselona"nın heyətində La Liqa tarixinin ən məhsuldar futbolçusu olmasına münasibət bildirib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis Messinin rekordunu yeniləməyin çətin olacağını deyib:
"Messini təbrik etməliyik. Qırdığı rekord böyük uğurdur. 60 il ərzində yenilənməsi çətin olan bir rekorddur. Düşünürəm ki, onun bu rekordu 600 il yenilənməyəcək".
Qeyd edək ki, "Sevilya" ilə görüşdə het-trik edən Messi ümumilikdə vurduğu 253 qolla La Liqa tarixinin ən məhsuldar futbolçusu adını qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.