Böyük Britaniya şahzadəsi Uilyamla həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton Şotlandiyada avtomobildə görüntüləniblər. Düşes yeni imici ilə diqqət çəkib. Belə ki, Keyt əvvəlki saç düzümünə qayıdıb. Sonuncu dəfə 2012-ci ildə bu saç düzümündə görülən K.Midlton qızı Şarlottanı dünyaya gətirdikdən sonra görünüşündə dəyişiklik etmək qərarına gəlib.
Bundan başqa, Keyt artıq bu həftədən etibarən öz işlərinin başına qayıtmalıdır. Kraliça II Yelizavetta ikinci dəfə ana olan gəlininin istirahəti üçün 4 ayın kifayət etdiyini düşünür.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.