Azərbaycanlı model Günay Musayeva türkiyəli aktyor Tolqa Karellə boşandığını elan etdikdən sonra qarşı tərəfin də mediaya müraciəti yayılıb. Cia.az-ın məlumatına görə, müraciətdə deyilir: "Əziz media nümayəndələrinin diqqətinə! Günay Musayeva ilə 4 ildir davam edən münasibətimiz və evliliyimiz qarşılıqlı razılaşma əsasında dostcasına bu gün məhkəmənin qərarıyla boşanma ilə nəticələnib. Bu gündən etibarən ayrıldığımızı, münasibətimizi yalnız uşağımız üçün anlayış və sevgi çərçivəsində davam etdirməli olduğumuzu bilirik. Evliliyimiz bizə görə qarşılıqlı olaraq sona çatsa da, oğlumuz Cihangir Can üçün davam edir. Hamımız üçün çətin olan bu dönəmdə şəxsi həyatımızın məhrəmliyi, evlilik zamanı yaşanan münasibətlərin o müddət ərzində qalmasına istinadən göstərəcəyiniz anlayış və sayğı üçün təşəkkür edirik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.