banner
banner

Gündəm

Çexiyanın birinci xanımı İçərişəhərdə - fotolar

Çexiyanın birinci xanımı İçərişəhərdə -
Azərbaycanda rəsmi səfərdə olan Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub. 
Cia.az-ın "Trend"ə istinadən məlumatına görə, qonağın İçərişəhər ilə tanışlığı Qoşa Qala qapısından başlayıb. Kiçik Qala küçəsində gəzinti zamanı Çexiyanın birinci xanımı təndirdə bişirilən çörəyə qonaq edilib. Sonra İvana Zemanova elektromobillə İçərişəhərdə gəzintiyə çıxıb. 

Ona UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri yerləşir və bu abidələr dövlət tərəfindən qorunur. Sonra İ.Zemanova Şərq memarlığının şah əsərlərindən biri – dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə tanış olub. 

Bildirilib ki, XV əsrdə inşa edilən bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Şirvanşahlar sarayı Xəzər dənizindən və şəhər ətrafındakı təpələrdən aydın görünür. Kompleks tarixi-memarlıq əhəmiyyətini zəmanəmizdə də qoruyub saxlayır. 

Qonaq Miniatür Kitab Muzeyində də olub. İ.Zemanovaya muzeyin fəaliyyəti və onun ekspozisiyasına daxil olan kitablar barədə ətraflı məlumat verilib. 

Sonra qonaq Qız qalası ilə tanış olub. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılan qalada bir neçə il əvvəl konservasiya işləri görülüb. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindr formalı bu tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilidən ibarətdir. Sıratağlı Dini-Memarlıq Kompleksi və Karvansaray ərazisində ekspozisiya birinci xanımın böyük marağına səbəb olub. 

Sonda İvana Zemanovaya xatirə hədiyyələri təqdim edilib. İçərişəhərin abidələri və muzeyləri ilə tanışlıq Çexiyanın birinci xanımında böyük təəssürat doğurub.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.