"Toppuş bacı" təxəllüsü ilə tamaşaçıların rəğbətini qazanan Tünzalə Əliyeva əməliyyatlarından söhbət açıb.
CİA.Az gecce.az-a istinadən xəbər verir ki, aktrisa yenidən əməliyyat etdirmək arzusundadır. Onu bu arzudan ayıran səbəb isə həyat yoldaşıdır. Tünzalənin dediyinə görə, həyat yoldaşı onun daha əməliyyat masasına uzanmağına icazə vermir. “5-6 dəfə plastik əməliyyat olunmuşam. Heç də peşman deyiləm. Hələ yenə də etdirmək istəyirəm. Amma həyat yoldaşım icazə vermir. Əgər icazə versəydi, mən bir də o yoldan gedərdim.
Subay olanda o əməliyyatlara icazəsiz getmişdim. Ailəli olanda isə sadəcə mədə kiçiltmə prosesi aparılıb. Yalvardım-yaxardım ki, icazə versin. Sonuncu əməliyyata da küsülü getmişdim. Deyir ki, neyləyirsən, belə də gözəlsən”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.