banner
banner

Dünya

ABŞ Gürcüstana yeni səfir təyin edib

ABŞ Gürcüstana yeni səfir təyin edib

Bu gün ABŞ-ın Gürcüstana təyin olunan yeni səfiri Yan Kelli Gürcüstana gəlib.

Yeni səfir Tiflis beynəlxalq hava limanında jurnalistlərə diplomatik fəaliyyətlə 30 ildir ki, məşğul olduğunu bildirib.

"Gürcüstana gəlməyimdən çox məmnunam. Burada 39 il bundan əvvəl olmuşam. Hələ ki, gürcü dilində yalnız bir söz bilirəm: "Qamarcoba". Mən və həyat yoldaşım həmişə Tiflisə gəlməyi arzulayırdıq", deyə səfir qeyd edib.

Yan Kelli daim Gürcüstana dəstək olacağını və bu dəstəyin onun prioritetlərindən biri olduğunu açıqlayıb. O, Gürcüstan prezidentinə etimadnaməsini təqdim edəcəyini bildirib: "Mən Gürcüstan və ABŞ arasında ikitərəfli münasibətlərin dərinləşməsinə və Gürcüstanın Avroatlantik institutlarına inteqrasiya olunması üçün çalışacam. Əmin etmək istəyirəm ki, mən Gürcüstanın ən möhkəm tərəfdaşlarından biri olacağam” 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.