"Son zamanlar televiziya kanallarında yayımlanan istər komediya janrında filmlər, istərsə də verilişlər ciddi narazılıq doğurur".
Cia.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri bildirib ki, komediya janrında çəkilmiş seriallarda, eləcə də əyləncə məqsədi daşıyan verilişlərdə güldürmək üçün hər cür yola baş vurulur, hədd gözlənilmir. T.Dadaşov ATV telekanalında yayımlanan "Qız atası" serialındakı çatışmazlıqları nümunə göstərib:
"Qız atası" adı altında yayımlanan serialda ailə üzvləri arasında Azərbaycan ailəsinə, milli-mənəvi dəyərlərimizə yad olan söhbətlər gedir. Serialda kürəkənlə qaynana, ata ilə qız arasında baş tutan söhbətlər Azərbaycan ailəsinin reallığını əks etdirmir.
Qız atası ilə övlad dünyaya gətirəcəyindən danışır. Azərbaycan ailəsində qız bəlkə də anası ilə bu cür söhbətlər edər, amma atası ilə yox. Bunun kimi misalları çox göstərmək olar".
Şöbə müdirinin sözlərinə görə, MTRŞ Cənubi Amerika seriallarını efirdən ona görə kənarlaşdırıb ki, milli ruhu özündə əks etdirən yerli serillar çəkilsin və yayımlansın:
"Televiziyaların vəzifələri arasında maarifləndirmə məsələsi də var. Seriallarda da bu meyar gözlənilməlidir".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.