banner
banner

Şou

Müğənni oğurluqla üz-üzə: "Kaş ki, öləydim"

Müğənni oğurluqla üz-üzə:

Lana Del Reyin yeni albomu yayımlanmadan öncə oğurlanaraq pirat üsullarla yayılıb.

Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sənətçinin meneceri bunun rus piratlar tərəfindən edildiyini deyərək onları "zəhmət oğurluğu"nda günahlandırıb.

Albomda 60-cı illərin məşhur müğənnisi Nina Saymonun"Please Don't Let Me Misunderstood" ifasının yeni versiyası və 13 yeni mahnı var. 

Hər zaman depressiyada olduğunu hiss etdirən Lana "The Guardian"a verdiyi müsahibədə "kaş ki, öləydim. Belə yaşamağa davam etmək istəmirəm, amma məcburam" deyib:

"Belə hiss edirəm. Ölümün yaxın olduğunu bilsəm, qorxardım, amma yenə də bir şey dəyişmir. Ailəm "həyatın bir film kimidir" deyir". Mən də "düz deyirsiniz, bərbad bir film" cavabın verirəm.

Müğənni başqa müsahibəsində Kurt Kobein və Emi Uaynhauzu ilham qaynaqları arasında göstərərək deyib:

"Gördüyüm işlər önəmlidir, amma buna görə hörmət edilməyini istəmirəm. İnsanların musiqimi sevmədiyini hiss etdiyimdə və 10 ilimi bu işə xərclədiyimi düşünəndə içki içmək istəyirəm".





 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.