banner
banner

Sosİal

Uşaqların intihar etməsinin səbəbi

Uşaqların intihar etməsinin səbəbi
Bir neçə gün öncə İsmayıllı rayonunda bilik gününə bir gün qalmış 12 yaşlı şagirdin özünü asması hamını şoka saldı. Bu kimi faciələrlə az qala, hər il məktəbqabağı rastlaşırıq. Bəzən şagirdlər məktəbə tam hazırlaşa bilmədikləri və digər  şagirdlərdən seçiləcəklərini ciddiyə alaraq, bəzən də valideyn övladının istəklərini həyata keçirə bilmədiyi və onu ürəyincə məktəbə yola sala bilmədiyi üçün çıxış yolunu intiharda görürlər. 
 
Qeyd edək ki, Azərbaycanda övladını istədiyi kimi dərs ləvazimatları və məktəb geyimi ilə təmin edə bilməyən ailələr az deyil. Ancaq Azərbaycandan fərqli olaraq xarici ölkələrdə bu cür imkansız ailələr müxtəlif şirkətlər tərəfindən qeydiyyata alınır və məktəbə gedəcək uşaqların əksiyi qarşılanır. Azərbaycanda isə sosial vəziyyəti ağır olan ailəyə yardım ediləndə də yardım edən şəxs və ya şirkət bunu elə formada təqdim edir ki, bu, yardımdan çox özünü reklama bənzəyir, eyni zamanda yardım alanı diskamfort durumda qoyur.
 
Maraqlıdır, hər il məktəbqabağı bu cür problemlərin yaşanmaması üçün nə etmək lazımdır?
Psixoloq Dəyanət Rzayev əmindir ki, uşaqların intiharında günahkar məmurlar və çürümüş cəmiyyətdir: “O vaxtlar maaşlar az idi. Anam 70, atam isə 90 manat alırdı. Biz 4 uşaq idik. O vaxt məktəb iki il dalbadal özü mənim formamı verdi. Öz övladını məktəbli ləvazimatı, forma ala bilməyən ailələr çoxdur. Amma hər uşaq da bu səbəbə görə intihar etmir. Uşaq digərlərinə baxanda daha çox həssas olub. Mən İsmayıllıda baş verən intihar olayını oxudum. Orada məktəb direktoru deyib ki, hər şey əla idi, ailə yaxşı dolanırdı. Axı o, niyə yalan danışır?! Sən düşünmürsən ki, sənin yalanının üstü açılacaq? Cəmiyyətə belə dezinformasiya vermək lazım deyil. Burada çox təzyiqlər olub. Bank işçiləri də gəlib evlərindəki əşyaları müsadirə edəcəklərini deyib. Bu da uşaqlara təsir edir. Təbii ki, uşaqlar fərqli olur. Uşaq var ki, heç nəyi vecinə almır. Amma intihar edən uşağın qiymətlərinə baxanda da bilinir ki, bu uşaq çox həssas uşaq olub. Valideynlər də uşağın gözü önündə olur. Hər nə qədər sıxıntını gizlətməyə çalışsalar da uşaqlar bu söz-söhbəti eşidir”.
 
Psixoloqa görə, elə uşaqlar da var ki, çox şeyi özünə qəbul edir, içinə salır: “Məsələn, düşünür ki, əgər mən bu dünyada olmasaydım, valideynim daha az əziyyət çəkər, mənim üçün çanta, məktəbli forması almaq məcburiyyətində qalmazdılar. Bu cür həssas uşaqlar bu cür düşündükləri üçün intihar yolunu seçirlər. Biz digər millətlərə baxanda ailəmizə qarşı çox həssaslıqla yanaşırıq. Onların qayğısına qalır, tez-tez baş çəkirik. Hətta ailə qurduqdan sonra da öz yanımızda yaşadırıq. Halbuki, xarici ölkələrin heç birində belə bir şey yoxdur. Bizdə 90-cı illərdə büdcə 1 milyard olmuşdu, amma hamı dolanırdı. Monopoliya, oliqarxlar yox idi. Amma indi büdcə 20 milyarddır və heç kim dolana bilmir. Neft ölkəsi olsaq da, insanlar kreditlərin içində boğulur. Banklara bütün səlahiyyətlər verilib ki, get pulu verə bilməyən kreditçinə nə istəyirsən et. Polisə müraciət edəndə də deyirlər ki, bu bizlik deyil, məhkəmə işidir. Adamı gəlib öldürsələr belə, polis müdaxilə etmir. Görün vəziyyət hansı həddə çatıb ki, uşaq intihar edir. Hamı bu haqda yazır, danışır. Ancaq heç kim demir ki, nə etmək lazımdır. Niyə neft ölkəsi belə acınacaqlı vəziyyətdə olmalıdır?! Çox ölkələrdə neft yoxdur, amma çox yaxşı yaşayırlar. Necə ola bilər ki, 15 milyard pul Azərbaycan xalqına bəs eləməsin? O pulları talamasalar, yeməsələr bəs edərdi. Biz axı kimi aldadırıq? Suriyada uşaq batıb öldü, bütün dünya ayağa qalxdı. Amma bizdə nə qədər körpə uşaq ölür, heç kim buna reaksiya vermir. İsmayıllıda baş verən hadisə, bir uşağın intihar etməsi Suriyada baş verəndən də dəhşətli faciədir”.
 
D.Rzayev uşağın intiharın məktəbin də günahı olduğunu bildirdi: “Məktəb hər bir şagirdi ilə maraqlanmalı idi. O vaxtlar məktəblərdə hamı ilə maraqlanır, kimin kasıb, kimin varlı olduğunu bilirdi. Sinif rəhbəri də maraqlanmalı idi. Uşaqda, valideyndə günah axtarmaq lazım deyil. Günahı çürümüş cəmiyyətdə və dövlət məmurlarında axtarmaq lazımdır”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.