Araz Abdullayev penaltini vura bilməməsindən danışdı
"Oyuna yaxşı başladıq. Penalti vurmaq hüququ qazandıq. Ancaq təəssüf ki, yararlana bilmədim. Qapıçı hara topu hara vuracağımı oxudu. Buna baxmayaraq, komanda ruhdan düşmədi və mənə dəstək oldu".
Cia.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Araz Abdullayev Premyer Liqanın 5-ci turunda "Xəzər Lənkəran"la 1:1 bərabərə qaldıqları oyundan sonra "CBC" kanalına açıqlamasında deyib.
A.Abdullayev meydana üç xal üçün çıxdıqlarını bildirib: "Komandanın uğuru üçün əlimdən gələni etdik. Üç xal qazanmaq istəyirdik. Lakin bütün təzyiqlərə baxmayaraq, ikinci qolu vura bilmədik. Çalışacağıq ki, qarşıdakı görüşlərdə qələbə qazanaq".
Qeyd edək ki, matçın 5-ci dəqiqəsində penaltidən yararlana bilməyən Araz Abdullayev 58-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Oyun isə 1:1 hesabı ilə başa çatıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.