banner
banner

İdman

"Coşquna dedim ki, daha evə gəlmə" – Şahin Diniyev

"Coşquna dedim ki, daha evə gəlmə" –
“Yaxşı mübarizəli, qollu, azarkeşləri sevindirəcək oyun oldu. Necə planlaşdırmışdıqsa, penaltiyə qədər elə də oynadıq. İkinci hissədə isə planı dəyişdik. “Qarabağ” kimi komandaya qarşı açıq futbol oynamaq ölümə bərabər bir şey olsa da, biz qorxmadıq. Qol vurmaq, oyunu xilas etmək üçün irəli atıldıq".
Bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 5-ci turunda "Qarabağ"a uduzduqları oyundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.

O, komandasında çatışmazlıqların olduğunu bildirib: "İkinci hissədən razıyam. Düşünürəm ki, fərdi səhvlərdən sonra qollar buraxdıq. Mənə elə gəlir ki, “Qarabağ”la oyun hər bir oyunçu üçün, məşqçi üçün bir dərslikdir. Bu komanda ilə oyundan sonra üstün cəhətləri və səhvləri aydın görmək mümkündür. Heyətdə çatışmazlıqlar var. Mən hər dəfə ehtiyat oyunçulara baxanda matçı dəyişmək üçün adam axtarırdım. Düşünürəm ki, futbolçular bu cür azarkeş dəstəyi qarşısında oynamağa borcludurlar.

Ş.Diniyev eyni zamanda "Qarabağ"ın heyətində fərqlənən oğlu Coşqun Diniyev haqda da danışıb: "Oyunda ilk qolu Coşqun vurdu. Sizə bir söz deyim. Mən övladlarımın oyununa baxmağa gedəndə həmişə kiçik oğluma azarkeşlik edirdim. Bu gün biri mənə mesaj göndərmişdi. Yazmışdı ki, hər üç Diniyevə uğurlar arzu edirəm. Cavabım isə belə oldu: "2 Diniyevə uğurlar, digərinə can sağlığı arzula". Oyundan sonra Coşquna zarafatyana dedim ki, "get özünə yer tap, daha evə gəlmə". Sözsüz, bütün bunlar zarafatdır. Futbolçu meydançaya çıxıbsa, öz oyununu oynamalıdır. Coşqun da bu işi gördü. Həm qol vurdu, həm də qol ötürməsi verdi".
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.