"Belə kişilərin əsl siması üzə çıxır..." - Sertabla keçmiş əri arasında qalmaqal
Müğənni Sertab Erener həyat yoldaşı, musiqiçi Demir Demirkandan ayrıldıqdan sonra aralarında qalmaqal yaranıb. Son müsahibəsində Sertabla evliliyini "göbəkkəsdi" evliliyinə bənzədən Demirkan ona gələn etirazlara reaksiya bildirib:
"Kinləri ilə deyilməyəcək sözləri sərf edib sevgisizliklərini bəlli edənlər, əslində isə özlərindən nifrət edənlər... Şou aludəçisi, cahil olduğunu bilməyən, özünü görmədən başqasını günahlandıran, aldığı internet paketini ona-buna söz ataraq keçirənlər...".
Qeyd edək ki, Ayşe Armana verdiyi müsahibədə "ayrılmasam, ölə bilərdim" deyən Demir sosial mediada sərt tənqid olunub.
"Pucca": "18 il bərabər olduğun qadına "Göbəkkəsdi", "layihə" de... Həm də bu qadın evləndiyi zaman? Artıq adamsan sən, Demir Demirkan!"
Demet Akalın: "Nə yaxşı ki, Ayşe Arman var. Belə adamlar, üzr istəyirəm, belə kişilərin əsl siması üzə çıxır".
S.Erener isə baş verənlərdə bağlı danışmaq istəmədiyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.