banner
banner

Sosİal

Azərbaycan əhalisinin 61 faizi internetdən istifadə edir

Azərbaycan əhalisinin 61 faizi internetdən istifadə edir
Dünyada dörd milyarda yaxın insanın hələ də internetə çıxışı yoxdur. "Report" xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının "Genişzolaqlı internetin vəziyyəti haqqında" adlı yeni hesabatında deyilir. Onun müəllifləri bildirir ki, hazırda dünya əhalisinin 43 faizinin internetə çıxışı var, bu isə 3,2 milyard insan deməkdir. Keçən il onların sayı 2, 9 milyard idi.
Lakin bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə internet şəbəkəsindən əhalinin yalnız 35 faizi istifadə edə bilir.
Ümumiyyətlə, bu gün 79 ölkədə əhalinin yarıdan çoxunun internetə çıxışı var. Fiziki şəxslərin internetdən istifadə etməsi baxımından İslandiya, Norveç və Danimarka aparıcı ölkələr arasında liderlik edir.
Azərbaycan 63-cü yerdədir. Burada internetdən əhalinin 61 faizi istifadə edir.
Rusiya siyahıda 44-cü pillədədir və bu ölkədə internetdən 70,5 faiz əhali istifadə edir. Belarusda internet şəbəkəsinə 59 faiz əhalinin çıxışı var, Qazaxıstanda bu rəqəm 54 faizə bərabərdir, Gürcüstanda - 48 faiz və Ermənistanda isə bu rəqəm 46 faiz təşkil edir. Özbəkistanda 46,3, Ukraynada - 43,4 faiz internet istifadəçisi olduğu bildirilir.
İnternetə çıxışın ən aşağı səviyyəsi Afrika qitəsində Saxara səhrasından cənubda yerləşən ölkələrdə qeydə alınıb. Məsələn, Qvineyada internetdən əhalinin yalnız 2 faizinin istifadə etmək imkanı var.   
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.