Abşeron, Ağdaş, Qazax və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “5-ci siyirtmə”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Zaqatala”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Köçəsgər”, Astara magistral qaz kəmərləri sahəsinin “Saatlı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Qazax rayonunun Şıxlı, Qaymaqlı və Kəmərli, Xaçmaz rayonunun Xudat və Yalama, Samux rayonunun Qarayeri, həmçinin Ağstafa rayonunun Köçəsgər, Eynallı, Köhnə qışlaq, Tatlı, Yuxarı Göycəli və Aşağı Göycəli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin, İmişli, Saatlı, Sabirabad və Zaqatala rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.