“Bavariya”nın futbolçusu Robert Levandovskinin “Volfsburq”un qapısına 9 dəqiqə ərzində 5 qol vurması Avropa futbolunda yeni rekord olub. Buna qədər heç kim sonradan meydana daxil olaraq (Levandovski fasilədən sonra meydana daxil olub) bu müddət ərzində 5 qol vurmağa müvəffəq olmayıb.
İndiyədək bu göstəricidə rekord Ladislavu Kuableyə məxsus idi. O, İspaniya La Liqasında (1952-ci il) 19 dəqiqə ərzində penta-trik etməyi bacarmışdı. Cermen Defo 36, Miroslav Kloze isə 39 dəqiqəyə 5 qol vurmağı bacarıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.