İngiltere Futbol Federasiyası “Arsenal”la maçda etdiyi kobud hərəkətə görə “Çelsi”nin futbolçusu Dieqo Kostanı cəzalandırıb.İispaniyalı forvard üç oyunluq cəza alıb. Qeyd edək ki, Premyer Liqanın son turunda “Arsenal”la oyunun 43-cü dəqiqəsində Kosta rəqib futbolçusu Lorent Kosielninin üzünə əli ilə vurub. Bu duruma sərt reaksiya verən “Arsenal”ın digər futbolçusu Qabriel ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub, Kosta isə oyuna davam edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.