Müğənni Seren Serengil aktyor Engin Akyüreki təqib edir. Serengil aktyorla tanış olmaq ümidilə onun getdiyi yerlərə yollanır. Müğənninin bu addımı isə Engini narahat edir.
Bu yaxınlarda Seul Dram Mükafatları müsabiqəsində “Ən yaxşı kişi aktyor” tituluna layiq görülən E.Akyürekin fotosunu İnstaqram səhifəsində paylaşan Seren şəklə ürək işarəsi qoyaraq yazmışdı:
“Qürurumuz Engin Akyürek mükafat aldı. Təbrik edirik və onu çox sevirik”.
Engin Akyüreyin yaxınlarına “Hara getsəm, qarşıma çıxır” deyərək gileyləndiyi bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.