banner
banner

Şou

Brilliantdan Nisəyə cavab: "Mahnı mənim ifamdan sonra tanındı"

Brilliantdan Nisəyə cavab:

Xalq artisti Nisə Qasımovanın “Yalvarıram” mahnısını həmkarı Brilliant Dadaşova tərəfindən oğurlanması iddiasına qarşı tərəfdən cavab gəlib. 
B.Dadaşova bəstənin ilk dəfə N.Qasımova tərəfindən oxunduğunu qəbul etsə də, məhz onunla Samir Bağırovun ifasında tanındığını deyib: 

“Yalvarıram”ı Gülərlə (mahnının bəstəkarı – red.) birlikdə aranjiman edib Nisə xanıma vermişdik ki, birinci o oxusun. Çox da gözəl ifa etmişdi. Ancaq mahnı tanınmadı. Ona görə də, Gülər xahiş etdi ki, bəstəni bir də mən oxuyum. Gördüyünüz kimi, mənimlə Samirin ifasından sonra hamı bunu mənim mahnım kimi tanıdı. Bunun təqsiri məndə deyil. Yəqin tamaşaçı bunu belə görüb-bəyənib. İndiyədək məni görənlər deyirlər, "bu, sənin mahnındır". Amma mən bunun iddiasında deyiləm. Mən qapı-qapı gedib demirəm ki, bu, Brilliantın mahnısıdır”. 

B.Dadaşova həmkarından fərqli olaraq aqressivlik göstərmək niyyətində olmadığını söyləyib: 

“Mən heç kimə qarşı aqressivlik göstərmək fikrində deyiləm. O insan deyirsə ki, mən illərdir susuram, deməli, onun qəlbində nələrsə yığılıb-qalıb. Mən həmişə Nisə xanımın oxumağını sevmişəm. Əgər o deyirsə, Brilliant yaxşı oxumur, demək, nəsə bildiyi var. Çalışaram gələn dəfə yaxşı oxuyum”. 

Brilliant Dadaşova Nisə Qasımovanın “Mən də onun mahnısını xəbərsiz oxuyacağam” sözlərinə belə cavab verib: 

“Mən çox sevinərəm ki, mənim repertuarımda tanıda bilmədiyim mahnını kimsə tanıtsın. Ancaq elə bir nəğmə olmayıb ki, mən onu oxuyum və tamaşaçı mənim mahnım kimi yox, başqasının mahnısı kimi tanısın. Mən musiqini, pianonu gözəl bildiyim üçün tamaşaçılar oxuduqlarımın hamısını mənim mahnım kimi yadda saxlayıblar. Mənim üçün çox vacibdir ki, Rafiq Babayev kimi dünya musiqiçisi desin, "Brilliant məndən sonra bir məktəb qoyub"; Fərhad Bədəlbəyli söyləsin ki, "Azərbaycanda Brilliantdır". Mənim üçün bunlar çox önəmlidir. Müğənnilər müxtəlif fikirlərdə olurlar. Düşüncələrinə çox hörmətlə yanaşıram”. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.