İki ay əvvəl əkiz uşaqları dünyaya gələn aktrisa Vilma Elles qısa vaxtdan sonra əvvəlki bədən quruluşuna qayıdıb. Cia.az-ın "acunn.com"a istinadən xəbərinə görə, o, sentyabrın 30-da podiuma çıxacaq. Modelyer Cengiz Abazoğlunun 2015-2016 qış kolleksiyasını nümayiş etdirəcək Vilma fotokameralar qarşısına keçib, şəkillər çəkdirib. Abazoğlu Elleslə bağlı "Son dörd ildir ki, bütün dəfilələrimdə yer aldı. Gözəl aktrisadır və qüsursuz bədəni var" deyə, açıqlama verib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.