banner
banner

İdman

"Qarabağ"dan bilet satışı ilə bağlı yenilik

"Qarabağ"dan bilet satışı ilə bağlı yenilik

Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"i ilə keçirəcəyi oyunla bağlı bilet satışında bir sıra yeniliklərə əl atıb.
Bu barədə "Report"a klubun baş meneceri Asif Əsgərov bildirib.
Onun sözlərinə görə, əsas dəyişiklik kassalarda bilet satışını oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun deyil, klubun öz əməkdaşları tərəfindən aparılması ilə bağlıdır. Satıcılar isə xanımlar olacaq. Klub bu addımı "qara bazar"la mübarizə məqsədilə atıb.

Belçika təmsilçisi ilə oyunun biletləri günorta saatlarınadək satışa çıxarılacaq. Əvvəlki oyunlarla müqayisədə ən ucuz biletin qiyməti 1 manatdan 2 manata qalxıb. A.Əsgərov ikiqat artımın alıcılıq qabiliyyətinə təsir etməyəcəyinə ümidvar olduğunu bildirib: "Bu dəfə belə qərar verdik ki, ən ucuz biletin qiymətində dəyişiklik edək. 2 manatlıq biletlərin sayını da artırmışıq. Hər halda "Qarabağ"a dəstək vermək, komandanın uğurunu görmək istəyənlər bilet alıb stadiona gələcəklər".

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da start götürəcək. Biletlərin qiyməti sektorlar üzrə 2,3,5,8,10, 15 və 20 manatdır. VİP sektora biletin dəyəri isə 50 manatdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.