Küçədə yatan, ailəsini itirən suriyalı uşaqlar - fotolar
Suriyada baş verən vətəndaş müharibəsi nəticəsində 2011-ci ildən bəri 4 milyon insan ölkəni tərk edib.
Mühacirlərin arasında minlərlə uşaq var. Bəziləri ailələrini itirib, bəziləri isə sağ qalanlarla bir yerdə ya digər ərəb ölkələrinə, ya da daha uzağa Avropaya köç ediblər.
Cia.az xarici KİV-ə istinadən suriyalı uşaqların müxtəlif ölkələrdəki fotolarını təqdim edir.
Bağdaddan olan 5 yaşlı Lamar Serbiyanın Horgos meşələrində gecələyir. O və ailəsi evləri bombalandıqdan sonra Türkiyə vasitəsi ilə ölkədən qaçıblar.
8 yaşlı Məryəm hazırda İordaniyadadır. O, məktəbdən evə qayıdarkən evlərinin üzərinə düşən raket zərbəsi nəticəsində yaralanıb. Beyin travması alan Məryəm 11 gün komada qaldıqdan sonra ayılıb, amma o, danışmaq qabilliyətini itirib.
Bir yaşlı Şam Avstriya-Serbiya sərhədində anasının qollarında yatıb.
11 yaşlı Esra, 8 yaşlı Esma, 6 yaşlı Sidra anaları ilə bir yerdə yatıblar. Evlərindən didərgin düşən, atalarını itirən uşaqlar hazırda Livandadırlar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.