banner
banner

Dünya

Qorbaçov xəstəxanaya yerləşdirildi

Qorbaçov xəstəxanaya yerləşdirildi

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun halı qəfildən pisləşdiyindən o, təcili olaraq Moskvadakı xəstəxanaların birinə yerləşdirilib.

Virtualaz.org saytı “LifeNews”a istinadən xəbər verir ki, həkimlər bazar ertəsinə keçən gecə vəziyyəti ağırlaşan Qorbaçovu müayinə edəndən sonra onun xəstəxana şəraitində müalicə almalı olduğunu bildiriblər.

Qorbaçovun səhhətinin ağırlaşması, ağır xəstə olması barədə bundan əvvəl də xəbərlər yayılıb. Bundan sonra Qorbaçov ictimaiyyət qarşısına çıxmışdı. O, alman jurnalisti Vilfrid Şarnaqlın “Kursun dəyişməsi” adlı kitabının təqdimat mərasiminə qatılmış və orada çıxış etmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.