Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov müğənni ilə yollarını ayırsa da, oğlu Hüseynlə mütəmadi olaraq görüşür.
Tabloid.az xəbər verir ki, ata ilə oğul bir yerdə səmərəli və əyləncəli vaxt keçirirlər.
Qeyd edək ki, Röya həyat yoldaşı A.Cəlilovla çoxdan boşansa da, mətbuata bu haqda bir neçə ay öncə açıqlama verib.
Xatırladaq ki, Röya ilə Anar 2008-ci ilin avqustun 22-də ailə həyatı qurmuşdular. Onlar ümumi dostlarının toyunda tanış olublar. Onların Hüseyn adlı bir övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.