banner
banner

Sosİal

Qalmaqal "Audi"yə çatdı: 2,1 milyon maşında saxta proqram var

Qalmaqal "Audi"yə çatdı:

Almaniya prokurorluğu "Volkswagen" şirkətinin keçmiş prezidenti Martin Vinterkorna qarşı dələduzluq ittihamı ilə istintaqa başlayıb. O, bu günlərdə şirkətin dizel mühərrikləri ilə bağlı ABŞ-dakı qalmaqaldan sonra istefa vermişdi.

"Volkswagen" konserninə daxil olan "Audi" şirkəti sentyabrın 29-da etiraf edib ki, 2 milyon 100 min avtomobilində həmin o qalmaqal yaradan xüsusi proqram qoyulub ki, maşınların testi vaxtı havaya buraxılan zərərli qazları az göstərsin.

Təkcə Avropada belə 1 milyon 420 min "Audi" maşını var. Söhbət Avro-5 ekoloji standartlı mühıərriki olan A1, A3, A4, A%, A6, TT, Q5, Q3 modellərindən gedir. Avro-6 standartlı mühərriklərdə bu problem yoxdur.

Sentyabr ayında "Volkswagen" konserninin buraxdığı dizel mehərrikli maşınlarda ekoloji testin nəticələrinin maşının içində olan proqramla saxtalaşdırılması üzə çıxdı və bunun aşkar olunduğu ABŞ-da qalmaqal qopdu.

Martin Vinterkorn

Məlum oldu ki, həmin proqram test vaxtı ekoloji rejimi işə salır, adi vaxtda isə həmin rejim işləmir. Nəticədə maşının vurduğu real ekoloji ziyan onlarla dəfə az görünür.

ABŞ hökuməti konserni məcbur etdi ki, ABŞ-dakı yarım milyon maşınını geri çağırsın. Bunlar 2009-cu ildən indiyə kimi buraxılan maşınlardır. Konsernə 18 milyard cərimə qoyula bilər.

Konsern ABŞ-da satdığı hər maşına görə 37,5 min dollar cərimə verə bilər 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.