Ərəblərin "MBC4" müsahibə verən aktrisa Bensu Soral "Tatlı küçük yalancılar"dakı tərəf müqabili Şükrü Özyıldız haqda danışıb. O, Şükrüylə işlədiyi üçün çox şanslı olduğunu deyib: "Yaxın plan çəkilişlərində Şükrü də mənimlə bir yerdə ağlayır. O qədər sadə, eyni zamanda əyləncəli insandır ki, heç stress keçirmirəm".
Serial bitsə də hələ də gündəmdə olan B.Soral aktrisa kimi ilk çəkildiyi Murad Dalkılıçın klipindən də bəhs edib. O, klipin çəkilişlərinə 2 gün qalmış müğənninin ona zəng edərək dəvət etdiyini deyib:
"Ona "sənin klipində oynamasam, kimin klipində oynayacağam" dedim. O zaman heç bir təcrübəm yox idi, mənim üçün uğurlu oldu".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.