Simic olduğu deyilən müğənni Əmrah Diyarbakırda əlil uşaqlar üçün məktəb açıb. Bu barədə sənətçinin reklamçı həyat yoldaşı Sibel Ərdoğan sosial şəbəkədə yazıb: “Bütün uşaqlar gözəldir və Allahın bizə əmanətidir. Çox həyəcanlıyam. Çünki oğlum Elyasadan başqa artıq yüzlərlə uşağım var. Həyat yoldaşımın Diyarbakırda tikdirdiyi “Aytən Elyasa Ərdoğan Əlillər Məktəbi”ndəki uşaqların xoşbəxt olmaları və həyata daha çox gülümsəmələri üçün onların fəxri anaları olaraq hər zaman bütün qəlbimlə yanlarındayam. Ərim Əmrah Ərdoğanı nümunəvi davranışına görə təbrik edirəm. Xanımı olduğum üçün fəxr edirəm...”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.