banner
banner

Dünya

Rusiya Suriyada hərbi əməliyyatlara başlayır - Əsəd istədi, Putin “hə” dedi

Rusiya Suriyada hərbi əməliyyatlara başlayır -

Suriya prezidenti Bəşər Əsəd Putindən hərbi yardım istəyib.

Bu barədə Rusiyanın prezident administrasiyasının rəhbəri Sergey İvanov məlumat verib. Onun sözlərinə görə, söhbət ancaq hərbi-hava qüvvələrinin keçirəcəkləri əməliyyatlardan gedir, hərbçilərdən istifadə isə bu yardımlara daxil deyil.

Prezident Vladimir Putin isə parlamentin yuxarı parlamentinə Rusiya Silahlı Qüvvələrindən xaricdə istifadəsinə razılıq verilməsi üçün sorğu göndərib. Federasiya Şurası isə yekdilliklə prezidentin müraciətinə müvafiq razılığı verib. Qeyd edək ki, söhbət Rusiya Silahlı Qüvvələrinin Suriya ərazisində hərbi əməliyyatlara cəlb olunmasından gedir.

Kreml administrasiyanın rəhbəri Sergey İvanov bildirib ki, Rusiya qəbul etdiyi bu mühüm qərarla bağlı bu gün bütün partnyorlarını məlumatlandıracaq:

“Bizim bütün tərəfdaşlar və müttəfiqlərimiz bu gün qəbul edilən qərarla bağlı hərbi orqanların xətti ilə məlumatlandırılacaqlar. Həmçinin xüsusi məlumatlar da ötürüləcək”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.