banner
banner

Sosİal

10 yaşlı uşaq öldü - “Cərrah bayramqabağı əməliyyat etmədi”

10 yaşlı uşaq öldü -

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 10 yaşlı oğlan dünyasını dəyişib.

Cia.az-ın oxu.az-a istinadən məlumatına görə, 23.09.2015-ci il tarixində ATU-nun Tədris Cərrahiyyə Klinikasına 29.07.2005-ci il təvəllüdlü Mahmudov Namiq Azad oğlu “Diaqfraqma yırtığı, diafraqmanın relaksasiyası, eksikoz II dərəcəli” diaqnozu ilə qəbul edilib.

Xəstə müayinə və müalicə məqsədilə stasionara yatızdırılıb. Uşağın ümumi halsız olduğunu nəzərə alaraq konservativ müalicəyə başlanılıb. Lakin uşağın vəziyyəti ani olaraq kəskin pisləşdiyindən, reanimasion tədbirlərə başlanılıb.

Əvvəlcə ürəyin qapalı masajı aparılıb. Bu, effektiv olmadığından açıq masaj icra edilib. Aparılan tədbirlərə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Mahmudovun yaxınları uşağın ölümündə həkimləri günahlandırırlar.

“O, dərhal əməliyyat olunmalı idi. Amma uşağa baxan cərrah-həkim Ramiz Poluxov əməliyyatdan yenicə çıxmışdı, yorğunluğu və bayramqabağı (Qurban bayramı 24 - 25 sentyabr) gedəsi yeri olmasını əsas gətirərək uşağı əməliyyat etməyib, növbəti günə saxlayıb. Uşağın vəziyyəti tam pisləşəndən sonra reanimasiya otağına aparılıb, orda da dünyasını dəyişib. Daha sonra uşağın ürəyinə birbaşa masaj adı ilə onu ürək tərəfindən yarıblar, əhəmiyyət verilməyən bir əməliyyat aparıblar”.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildiriblər ki, ölüm halının səbəbini aydınlaşdırmaq məqsədilə faktla əlaqədar komissiya yaradılaraq araşdırmaya başlanılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.