“Bozun 50 çaları” filminin baş rol ifaçısı Dakota Conson Milan Moda Həftəsində kameralara tuş gəlib. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa “Dior” brendinin qara, eleqant libası ilə gecəyə qatılıb. Dakota geyimini klaç çanta, qara ayaqqabı və brilliant boyunbağı ilə tamamlayıb.
Moda şərhçiləri aktrisanın budəfəki seçimini indiyədək geyindiyi libaslar içərisində ən düzgünü və ən gözəli hesab ediblər.
Qeyd edək ki, Dakota Conson Melani Qriffit və Don Conson cütlüyünün qızıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.