Hollivud ulduzu Corc Kluninin vəkil həyat yoldaşı Amal Kluni bu dəfə qırmızı libasda görüntülənib. Cia.az “Dailymail”ə istinadən xəbər verir ki, Nyu-Yorkda otellərdən birindən çıxarkən obyektivlərə tuş gələn vəkilin libası çox bəyənilib. Artıq Amalı “Hollivudun mükəmməl gözəli” belə adlandırırlar. Dünya şöhrətli model Sindi Krouford dəfələrlə müsahibələrində Kluninin xanımından ötrü “dəli-divanə” olduğunu söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Amal Corcla birlikdə film nümayişindən çıxarkən yaşıl mini libasda görüntülənmişdi. Sosial şəbəkə istifadəçiləri Amalın həmin libasını ona çox yaraşdırmışdılar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.