Bu gün Gürcüstan parlamentində əlbəyaxa dava düşüb.
Deputatlar Dato Lortkipanidze ilə Akaki Minaşvili arasındakı dava plenar iclasın başlanmasından az əvvəl baş verib.
Dava-dalaşa səbəb parlamentin binasının önündə keçirilən aksiya olub. Həmin aksiya “Azad zona” və “Milli hərəkat” hərəkatları tərəfindən “Rustavi-2” telekanalına dəstək məqsədilə keçirilir. Deputatlar arasındakı yumruq davası isə parlamentin iclas zalında olub.
Bu vaxta qədər isə aksiya iştirakçıları ilə Lortkipanidze arasında toqquşma olub. Həmin davanı polis yatırıb.
Digər deputatların müdaxiləsindən sonra ara sakitləşib və parlamentin iclası başlayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.