banner
banner

Şou

Sürücü, kolxoz sədri, alverçi... - Azərbaycanlı müğənnilərin keçmişi

Sürücü, kolxoz sədri, alverçi... -
Trend Azərbaycanın tanınmış müğənnilərinin keçmişini araşdırmağa çalışıb.
 
Araşdırma nəticəsində məlum olub ki:
 
Ağadadaş Ağayev əvvəllər müəllim işləyib. Cəlilabad rayon Hasıllı kənd orta məktəbində çalışan müğənni 30 ildən artıqdır sənətlə məşğuldur.
 
Brilliant Dadaşova keçmişdə oxumaqla yanaşı, musiqi alətlərində də ifa edib.
 
Baloğlan Əşrəfov müəllim olduğu dövrlərdə Masallı rayonu ərazisində taksi fəaliyyəti ilə də məşğul olub.

Sevda Yəhyayeva müğənni olana qədər piroq satıb və heç zaman bunu inkar etməyib.
 
Yalçın Rzazadə bir müddət kənd kolxozlarından birinin sədri olub.
 
Mətanət İsgəndərli həkim olmaq istəsə də, bu arzusuna çatmayıb. Paytaxtdakı xəstəxanalardan birində bufetdə çalışıb.
 
Ədalət Şükürov müğənniliyə başlayana qədər Rusiyanın Sankt-Peterburq şəhərində yaşayıb və burada rejissorluqla məşğul olub.
 
Xatirə İslam nə az-nə çox, düz beş il tibb bacısı olub. İxtisasca musiqiçi olsa da, müxtəlif xəstəxanalarda tibb bacısı olaraq çalışıb.
 
Elçin Cəfərov qardaşı İlkinlə birgə “Binə” ticarət mərkəzində geyim mallarının satışı ilə məşğul olub.
 
Nə qədər qəribə olsa da, müğənni İlhamə Qasımova müğənni olana qədər polis işləyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.