İndiyədək qanunvericilikdə nəzərdə tutulan sürət həddini 10-20 km aşmağa görə cərimə tətbiq olunmurdu. Yəni, bu qayda pozuntusuna görə radara düşənə rast gəlinmirdi. Amma son günlər bu qəbildən olan radar bildirişləri alan sürücülərin sayı artdığı üçün avtosfer.az bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsindən münasibət öyrənib.
İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, həqiqətən də son günlər yollarda müəyyən edilmiş sürət həddini 10 km-dən artıq aşanları da radar çəkir və sürücünün ünvanına müvafiq məktub göndərilir. Eyni zamanda, bununla bağlı sürücülərə «ASAN xidmət»in məlumat mərkəzindən SMS göndərilir: «Məlum olduğu kimi, bu məsələ ilə bağlı müvafiq sərəncam da verilib. Artıq «ASAN xidmət»in SMS-məlumat sistemi işə düşüb.
Yollardakı radarları da elə qurublar ki, sürücü nəzərdə tutulmuş sürət həddini 10 km-dən artıq aşan kimi radar qurğuları onu qeydə alır və cərimə tətbiq olunur. Odur ki, sürücülər diqqətli olsunlar və sürət həddini aşmasınlar». Sürət həddini 10-20 km aşmanın cəriməsi 10 manatdır.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.