banner
banner

Dünya

Ərdoğan: "Rusiya çox ciddi bir səhvin içərisindədir"

Ərdoğan: "Rusiya çox ciddi bir səhvin içərisindədir"
Prezident Ərdoğan, Rusiyanın Suriyadakı hava əməliyyatlarını tənqid edərək, "Rusiyanın hazırda atmış olduğu bu addımların bizim üçün qəbul edilən heç bir tərəfi yoxdur. Bunu Putinin özünə də dedim. Təəssüf ki, hazırda Rusiya çox ciddi bir səhvin içərisindədir" deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Fransa səfəri öncəsi Atatürk Hava Limanında ciddi bəyanat verib. Ərdoğan, Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatlarının Türkiyə üçün qəbul edilən bir tərəfinin olmadığını vurğulayıb.
Ərdoğan sözlərinə belə davam edib: "Rusiyanın hazırda atmış olduğu bu addımlar, zaman keçdikcə ölkəni regionda tənhalığa aparacaq. Çünki Türkiyə kimi bir ölkəyə baxmayaraq bu addımları atması bizləri ciddi mənada üzür və narahat edir. Aramızdakı ikitərəfli münasibətlər məlumdur. Suriya ilə 911 kilometr sərhədi olan bizik. Rusiyanın Suriya ilə belə bir durumda olması mümkün belə deyil".
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.